27 May 2014 09:31
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentensiar Xidmətin cəzaçəkmə müəsisələrində əfv sərəncamının icrasına başlanılıb.

Prezidentin imzaladığı sərəncama əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan tam azad ediliblər.

Mayın 26-da Prezident məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Əfv sərəncamını imzalayıb.

Hacı


Müəllif: