11 İyul 2015 12:32
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Mingəçevir şəhərində xəstəxanaya xəstə gətirən təcili yardım avtomobili qəzaya düşüb.

“Report” xəbər verir ki, hadisə Mingəçevirin Günəşli massivində qeydə alınıb, “Mitsubishi” markalı minik avtomobili ilə qarşı tərəfdən gələn Mingəçevir şəhər sakini Əlfi Şükürovun idarə etdiyi “Mercedes” markalı avtomobil Təcili Tibbi Yardım Stansiyasının maşını ilə toqquşub.

Təcili yardım maşını sulfat turşusu içərək zəhərlənən Mingəçevir şəhər Günəşli massivinin sakinini xəstəxanaya gətirmiş. Hadisə nəticəsində təcili yardımdakı xəstə xəsarət alıb.

Qəzaya ilkin səbəb kimi yüksək sürət göstərilib. Mingəçevir şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər