İyunun 10-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 56 cinayət faktından 29-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan səkkiz nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, 22 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.