Xəzər rayonunda dənizdə batan 2 nəfər xilas edildi.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas ediliblər.
Əməliyyat saat 17:00-da başa çatıb.