Beyləqan rayonunda 8 nəfəri gün vurub.
Bu barədə "Report"a Beyləqan rayon Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumat verilib.
Stansiyaya müraciət edən şəxslər ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Günvurma ilə bağlı müraciət edənlərin, əsasən yaşlı insanlar olduğu bildirilib.
Məlumata görə, günvurma hallarının əksəriyyəti əkin və biçin sahələrində qeydə alınıb. Belə hallar son bir həftədə daha da çoxalıb.