Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1986-cı il təvəllüdlü Samir Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İttihama görə, Samir Hacıyev 1 аvqust 2014-cü ildə, sааt 23 rаdələrində nəqliyyаt vаsitələrini idаrə еtmək hüququ оlmаdаn “VАZ-21074” аvtоmоbillə Şirvаn-Hаcıqаbul yоlunun 1-ci kilometrliyində, Hаcıqаbul şəhəri istiqаmətində yol hərəkəti qaydasını pozub. O, idarə etdiyi avtomobillə həmin yerdə yоlu kеçən piyаdа Şamo Аzаyеvi vurub. Piyada aldığı zərbədən hadisə yerində ölüb.
Samir Hacıyev Cinayət Məcəlləsinin n 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov