13 İyul 2015 13:49
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Eldar Əsgərovun idarə etdiyi idarə etdiyi “VAZ 21099” markalı avtomobillə 1993-cü il təvəllüdlü Vüqar Hüseynovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Nəticədə Vüqar Hüseynovun sərnişinləri - 1994-cü il təvəllüdlü İlahə Babayeva və bacısı 1996-cı il təvəllüdlü Aydan, Hicran Musayeva və qızları 2002-ci il təvəllüdlü Aytac, 2006-cı il təvəllüdlü Zəhra müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: