13 İyul 2015 15:05
682

Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Zirə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ağasəlim Musayevin evinin qarşısında dayanmış “ZİL” markalı avtomobili idarə edərək bir qədər qarşıda saxlayıb və zibil yükləyərkən avtomobil öz ətaləti ilə geriyə hərəkət edib.

Nəticədə Ağasəlim Musayevi hasara sıxıb və nəticədə o, hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: