13 İyul 2015 15:27
633

Biləsuvar rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Elman Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Ağayevi vurub əks yolda Əlikram Buludovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin qarşısına atıb.

Xəstəxanaya yerləşdirilmiş R.Ağayev orada ölüb.

Faktla bağlı Biləsuvar rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: