13 İyul 2015 17:18
3 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bursa şəhərində mebel istehsalçısı Rızayettin Serbest və oğlu Erkan Serbestlə zavod binasını tikən şirkətin nümayəndələri arasında mübahisə qətllə bitib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, podratçıların nümayəndəsi Tacettin Başoral əlindəki silahla Erkanı sinəsindən yaralayıb. Erkan isə Başoralın ayağına atəş açıb. Oğlunun yaralandığını görən Rızayettin onun əlindəki silahı götürərək, yerdə yaralı vəziyyətdə uzanan Başoralı başından vurub, ikinci hadisə yerindəsə ölüb.

Daha sonra yaralı Erkanın yanına gələn atası təcili yardım gələnə qədər onun başının üzərində keşik çəkib. Hadisə yerinə gələn polis Rızayettini həbs edib.

Baş verənlər anbaan hadisə yerində olan jurnalistlərdən biri tərəfindən mobil telefonla lentə alınıb.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər