14 İyul 2015 16:01
498

Abşeron rayonunda tikintidən inşaat materialları oğurlayan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon polis şöbəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Yaşar Əliyevin evindən inşaat materialları oğurlayan rayon sakinləri Vəkil Əhmədov, Azər Orduxanov və Ramin Bəhlulov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Dərgah Quliyevin, Ceyhun Nəsibovun və Dostu Mirzəliyevin evlərindən də inşaat materialları oğurlamaları müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: