14 İyul 2015 16:13
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin əkib-becərməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1969-cu il təvəllüdlü Həsrət Səmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayonunun Yenikənd kənd sakini Həsrət Səmədzadə narkotik vasitələr əkib-becərməsi ilə bağlı həbs edilib. Onun yaşadığı evin həyətinə baxış keçirilən zaman oradan xüsusi qulluq edilməklə yetişdirilən 35 ədəd narkotik xassəli çətənə kolu aşkar edilib.

Ümumi çəkisi 43 kiloqram və hündürlüyü 2.2 metr olan çətənə kolları kökündən çıxarılaraq məhv edilib. Polis əməkdaşları həyətyanı sahədəki yardımçı tikiliyə baxış keçirən zaman oradan çəkisi 705 qram olan qurudulmuş marixuana aşkar edərək götürüblər. Həsrət Səmədzadə narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olduğunu bildirib. On ay əvvəl həbsdən azad olunan Həsrət Səmədzadə yenidən tutulub.

O, Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 6 müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: