15 İyul 2015 15:08
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə olunan avtomobil saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN Növbətçi Hissələri İdarə Xidmətinin Təhlükəsizlik Şəhər Xidməti, DİN Çevik Polis Alayı və Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının apardıqları birgə tədbirlər nəticəsində iyulun 13-ü saat 22 radələrində R.Feyzullayevə məxsus “Toyota” markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “KİA Cerato” markalı avtomobil Yasamal rayonunda aşkar edilib.

Qeyd edilən avtomobilin Bakı şəhər sakini Ədalət Əsgərova məxsus olması müəyyən edilmişdir. Avtomobilin yük yerinə baxış zamanı bir ədəd tranzit və başqa avtomobilə aid dövlət qeydiyyat nişanları da aşkar edilib.

Hacı Zeynalov


Müəllif: