Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamil Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Kamil Musayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Kamil Musayev dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilir. İbtidai istintaq zamanı onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Məhkəmə zamanı Kamil Musayev proseslərə gəlmədiyi üçün onun barəsində həbs-qətimkan tədbiri seçilib və axtarış elan edilib.
Nəticədə Kamil Musayev həbs olunub.
Hacı Zeynalov