16 İyul 2015 09:55
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində döyüşməkdə təqsirli bilinən Elxan Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, daha sonra isə apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı iyulun 28-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Mustafayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elxan Mustafayev apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Elxan Mustafayev tutulub.

Müəyyən edilib ki, Elxan Mustafayev 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrənib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər