Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Zaur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin martın 19-da Zaur Hüseynov həyat yoldaşı 985-ci il təvəllüdlü Esmira Hüseynova bıçaqlanaraq qətlə yetirilib. Zaur Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb.
Məlumata görə, hadisə Esmira Hüseynovanın satıcı işlədiyi mağazanın qarşısında baş verib. Hadisədən əvvəl Zaur həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib və buna görə də onu qətlə yetirib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra məhkəmə baxışı iyulun 28-nə təyin edilib.
Hacı Zeynalov