16 İyul 2015 15:46
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunun Bəylər kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Beyləqan rayon sakini Elman Behbudov idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən kənd sakini Afər Nuruşovu vurub.

Daha sonra idarəetməni itirən sürücü avtomobili yolun kənarında dayanmış Qaracalar kənd sakini Şövqi oğlu Əzizova məxsus “VAZ-21011” markalı avtomobilə çırpıb. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Saatlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: