18 İyul 2015 14:43
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə yol qəzası baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Şəki rayonu, Sarıca kəndində (rayon mərkəzindən 60 km aralı) 1958-ci il təvəllüdlü Saməddin Kamaləddin oğlu Balaağayev özünə məxsus “VAZ” markalı minik avtomobilini idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində avtomobilin sürücüsü S.Balaağayev ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif: