19 İyul 2015 20:55
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada üç nəfəri maşın vurub.


Zaqatala Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Muxax kəndində baş verib.

Rayonun Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü İlham Musa oğlu Kərimov idarə etdiyi “VAZ 21154” markalı, 62-BG-559 dövlət nömrə nişanlı avtomobillə Muxax kəndinin mərkəzi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - rayonun Muxax kənd sakini, 1999-cu il təvəllüdlü Həlimə Murtuz qızı Abakarova, Bakı şəhər Qaradağ rayon sakinləri, 1995-ci il təvəllüdlü Tünzalə Əsəd qızı Əsədova və 2001-ci il təvəllüdlü Məryəm Qəmbər qızı İbrahimovanı vurub.

Xəsarət alan hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alanlardan H. Abakarova xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

T. Əsədova və M. İbrahimovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.


Müəllif: