21 İyul 2015 10:38
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə iki polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən döyülüb.


APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin tədqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar ötən axşam Çaylı kəndinə gediblər.

Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.


Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: