21 İyul 2015 20:38
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala və Şəki rayonlarında narkotiklərlə bağlı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Zaqatala rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aşağı Tala kənd sakini Xətai Mirzəyevin həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 275 kiloqram olan 530 ədəd çətənə kolu aşkar edilib.

Onun həyətinə baxış zamanı əlavə olaraq gizlətdiyi 42,05 qram marixuana və 1 ədəd “İj” markalı tüfəng aşkar edilərək götürülüb.

Xətai Mirzəyevin narkotik tərkibli bitkiləri həmkəndlisi Aslan Əzizov və Tülü kənd sakini, axtarışda olan Bahəddin İsmayılov ilə birgə yetişdirmələri müəyyən edilib. A.Əzizov və B.İsmayılov da tutulublar.
Daha bir əməliyyat Şəki rayonu ərazisində keçirilib. Polis əməkdaşları tərəfindən rayonun 2-ci Biləcik kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 816 kiloqram olan 5632 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər