22 İyul 2015 11:13
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat və ya 31, 8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülür”.

Teleqraf.com xəbər verir ki, bu barədə 2015-ci ilinyarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5 cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər