22 İyul 2015 15:39
3 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilin və apelyasiya instansiyasında bəraət alan Sahib Ağayevin həbs edilməsi ilə bağlı prokurorluğun protestinə baxılıb. Teleqraf.com xəbər verir ki, Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Bakı Apelyasiya Məhkəməsinin çıxardığı bəraət hökmünü ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Barəsində çıxarılan bəraət hökmü ləğv olunan Sahib Ağayev mətbuata müraciət ünvanlayıb. O, Teleqraf.com-a ünvanlandığı müraciətində qeyd edib ki, barəsində olan ittihamlarla bağlı bütün aidiyyatı instansiyalara müraciət edib: “Lakin heç bir faydası olmayıb. Bütün instansiyalardan yalnız bir cavab alırdım: “İş baxılması üçün aidiyyatı yerə göndərildi!”. İş onsuz da baxılması üçün aidiyyatı yerdə idi. Lakin aidiyyatı yer mənim işimə qanunsuz baxırdı. Mənə qarşı Unibank KB ASC-nin rəhbərliyinin “sifarişi” ilə Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük müstəntiqi Rəşad Məmmədov tərəfindən qanunsuz yolla ittiham verilmişdir. İstintaq zamanı əməlimdə cinayət tərkibi olmaya-olmaya müstəntiq Rəşad Məmmədov lehimə olan bütün sübutları gizlədərək, mənə ağır maddələrlə ittiham verdi. Dəfələrlə Baş Prokuror cənab Zakir Qaralovla görüşməyə cəhd etmişəm. Lakin aşağı instansiyalardakı məmurlar buna imkan vermədilər. Mənim törətdiyim əməl sırf mülki hüquq münasibətləri zəminində həll olunmalı idi. Bu barədə kifayət qədər mötəbər sübutlarım vardır. Lakin bunlara məhəl qoyan olmadı”.

Sahib Ağayev qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı zamanı hakim Rauf Əliyev sübutlarıma əhəmiyyət vermədən məni 8 il müddətinə azadlıqdan məhrum etdi: Bakı Apelyasiya Məhkəməsinə verdiyim apelyasiya şikayət ərizəsinə baxılarkən eynilə hakim Həsən Əhmədov da sübutlarıma əhəmiyyət vermədən, qərəzli şəkildə qarşı tərəfi müdafiə edib. Hakim 40 nəfər məhkəmə iştirakçısının şahidliyi ilə mənə verilmiş 8 il cəza müddətini qüvvəsində saxladı. Yalnız Ali Məhkəməyə verdiyim kasasiya şikayəti ərizəsinə baxarkən ədalətli hakim İlham Cəfərov cənabları mənim sübutlarıma diqqət yetirərək, qərarında əməlimdə cinayət tərkibinin olmadığı tövsiyələrini verib, mənə verilmiş 8 il cəza müddətini ləğv edib, bəraətverici əsaslarla işi yeni apelyasiya məhkəməsi baxışına göndərdi. Yeni apelyasiya baxışı zamanı həmçinin ədalətli hakim Faiq Qasımov işi istintaqla tam araşdıraraq, mənim sübutlarıma əhəmiyyət verib və ədalətli şəkildə barəmdə bəraət hökmü çıxardı”.

Sahib Ağayev bildirib ki, müstəntiq mülki hüquq münasibətləri zəminində həll olunmalı olan 3 nəfər şəxsi qanunsuz olaraq onun əleyhinə qaldırıb: “Müstəntiqin özü həmin 3 nəfər üçün 12 saylı hüquq məsləhətxanasından hüquqşünaslar təyin etdi. Dövlət ittihamçısı bu sifarişlə üzərimə qaldırılmış şəxslərin şikayətləri əsasında Ali Məhkəmə baxışı təyin edildi. Ali Məhkəmə baxışı zamanı hakim Fərhad Kərimov dövlət ittihamçısının şikayətini təmin etdi. Ümummilli liderimizin çox dəyərli bir şüuarı var: “Vəzifəsindən, tutduğu mövqeyindən, maddi durumundan və s. asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır və statusundan asılı olmayaraq heç kəsə üstünlük verilə bilməz!”. Lakin bəzi məmurlar ulu öndərimizin dəyərli kəlmələrinə əhəmiyyət vermədən, vəzifələrindən sui-istifadə edərək, qanunlardan istədikləri formada istifadə edərək vətəndaşların həyatlarını məhv edir, onların ailələrinin dağılmasına, valideynlərinin çarəsizlikdən intihar etməsinə gətirib çıxaran nəticələrə səbəb olurlar”.

Sahib Ağayevin qeyd etdiyinə görə, Bakı Apelyasiya Məhkəməsində işinə yenidən baxılacaq: “Apelyasiya instansiyasında mənim həbsim labüddür və mənim sübutlarıma məhəl qoyulmayacaqdır. Mən əminəm ki, artıq Apelyasiya Məhkəməsinin hər hansı hakiminə də məhkəmənin yekun qərarında mənim həbsim barədə göstəriş verilib. Anam artıq 1 ildən artıqdır ki, ürəyi xəstə halda, günün istisində, qışın soyuq aylarında qapılarını döymədiyi aidiyyatı idarələr, orqanlar qalmayıb. Mən məhkəmələrdə dəfələrlə bildirmişəm ki, mənə qarşı qanunsuzluq olunsa, möhtərəm Prezidentimizə ictimai formada müraciət edəcəyəm. Lakin mənim bu sözlərimə nə hakimlər, nə də dövlət ittihamçıları əhəmiyyət vermədilər”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər