Bakı Apelyasiya Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kənan Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Kənan Hüseynlinin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Hüseynli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə keçən il oktyabrın 19-da saat 01 radələrində Xətai rayonunda baş verib. Nobel prospektində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynli Kənan Şahin oğlu idarə etdiyi “Jaguar” markalı avtomobili qarşıda gedən Türkiyə vətəndaşı Əhməd Damların idarə etdiyi “KÖGEL” markalı avtomobilə çırpıb. Kənan Hüseynli və avtomobilindəki 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov