24 İyul 2015 15:53
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Əfqan Yusufovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Əfqan Yusuov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Qətl hadisəsi bu il fevralın 10-da , Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində baş verib. Əfqan Yusubovla qaynı Vüqar Salmanov arasında mübahisə düşüb.

Mübahisə zamanı Əfqan Yusubov qaynına bıçaqla zərbə endirib. Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Həm qətlə yetirilən Vüqar Salmanov, həm də onu bıçaqlayan yeznəsi Əfqan Yusibov əslən Yevlax rayonundandırlar və Bakıda müvəqqəti yaşayıblar.

Qeyd edək ki, yeznə ilə qayın arasında mübahisə DVD üstündə yaranıb. Belə ki, mərhum Vüqar Salmanov yeznəsi Əfqan Yusubova DVD satıb. Amma Ə.Yusubov aldığı əşyanın pulunu vermədiyi üçün aralarında mübahisə düşüb. Yaranmış mübahisə isə qansız ötüşməyib.

Onu da qeyd edək ki, mərhum V.Salmanov əvvəllər məhkumluq həyatı yaşayıb. Hadisədən bir müddət öncə azadlığa buraxılıbmış.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər