Bu gün Bakı Apelyasiya Məhkəməsində tanışını öldürməyə cəhddə ittiham olunan Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Ceyhun Məmmədov mübahisə zəminində tanışı Qəzəlxan Mirzəyevi bıçaqlayaraq öldürməyə cəhd edib. O, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ceyhun Məmmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Ceyhun Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 il 10 ay 15 günə endirilib.
Hacı Zeynalov