Bakının Səbail rayonunda 4 gün əvvəl avtomobillə vurulan şəxs xəstəxanada dünyasını dəyişib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə iyulun 24-də Səbail rayonu ərazisində qeydə alınıb. Şəki şəhər sakini Zöhrab İsayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Əli Həsənzadəni vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və iyulun 27-də orada ölüb.
Hacı Zeynalov