Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Etiram Əliyevin çantasına baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı çantadan 1 ədəd bükümdə, xalis çəkisi 2,73 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Mahir Sadıqovun əl yüklərinə baxış zamanı təsiredici maddəsinin xalis çəkisi 4,0 qram olan 100 ədəd narkotik vasitə - metadon aşkar edilib. Hər iki faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA