28 İyul 2015 14:45
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunun Zeynələzir kəndində yerləşən istirahət mərkəzində oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt şəhər sakini Arzuman Abdullayevə məxsus içərisində 1100 manat və sənəd olan pul kisəsi oğurlanıb.

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Cavad Rəsulzadə tutulub.

Hacı Zeynalov


Müəllif: