Beyləqan rayonunda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Örənqala qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Əli Süleymanov ailə münaqişəsi zəminində bacısı Solmazı boğaraq öldürüb.
Beyləqan rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Həsənov tutulub.
Hacı Zeynalov