31 İyul 2015 12:41
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkməsində cəzaçəkmə cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmaqda təqsirli bininən 1997-ci il təvəllüdlü Vaqif Səlimbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqrraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar élan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirlib və Vaqif Səlimbəylinin cəzası 9 ilə artırılıb.

Qeyd edək ki, Vaqif Səlimbəyli cəzaçəkmə müəssisələrində normal fəaliyyəti dəfələrlə pozub. Onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə Vaqif Səlimbəyliyə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Onu da qeyd edək ki, Vaqif Səlimbəyli 14 yaşında, Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin rəhbərini öldürməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıq məhrum edilib

Qeyd edək ki, təqsirləndirilən şəxslər İlyas Vahabovu bıçaqlayaraq qətlə yetiriblər. Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Vaqif Səlimbəyli İlyas Vahabovun işlədiyi valyutadəyişmə məntəqəsindən evinə gedərkən üstündə pul apardığını bilib, həmin pulu ələ keçirib aralarında bölüşdürmək barədə dostu Anar Əbilovla razılığa gələrək qabaqcadan əlbir olub və İlyas Vahabovun yaşadığı ünvana gələrək pusquda dayanaraq onu gözləyiblər. Sonuncu dalana daxil olarkən Vaqif Səlimbəyli özü ilə gətirdiyi və silah qismində istifadə etdiyi bıçaqla İlyas Vahabova iki zərbə yetirib.

Xatırladaq ki, bu cinayət işinə görə, Anar Əbilov 13 il, Vaqif Səlimbəyli isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər