31 İyul 2015 16:58
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bir nəfər kanalda çimərkən boğulub.

Teleqraf.com xəbər verir ki, Ağdam rayon sakini Vüqar Paşayev Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki kanalda çimərkən boğulub.

Bundan başqa, Kürdəmir rayon sakini Elvin Həsənov Yevlax rayonunun Aran qəsəbəsindəki Qarabağ kanalında çimərkən boğulub. Onların meyitlərinin sudan çıxarılması üçün tədbirlər görülür.

Bundan başqa, Sabirabad rayonunun Xankeçən kəndində də oxşar hadisə qeydə alınıb. Kənd sakini Baloğlan Mustafayev Kür çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər