31 İyul 2015 23:35
720

Xəzərdə batmış gəncin cəsədi tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəgəsindən 6 km aralı nəzarətsiz ərazidə) 1 nəfərin cimərkən dənizdə boğulması barədə məlumat daxil olub.

“Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən təxminən 20-21 yaşlarında kişi cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif: