Bakıda ödəmə terminalından oğurluq edən şəxs tutulub.
Teleqraf.com Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Yasamal RPİ və Xəzər RPİ 1-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də Şağan qəsəbəsindəki VVAQ şöbəsində quraşdırılmış “Milli Ön” ödəmə terminalından 400 manat oğurlamış şəxs tutulub.
Onun Bakı şəhər sakini Vahid Bağıyev olduğu müəyyən edilib.