Oxşar xəbərlər
Cəlilabad rayonu ərazisində ildırım vurması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 27-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisində kənd sakinləri Meyxanım Abbasovanı, Murad Abbasovu və Lənkəran şəhər sakini Lətafət Əliyevanı ildırım vurub.
M.Abbasova hadisə yerində ölüb, digərləri xəstəxanaya yerləşdirilib.