Yasamal rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 2-də Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi “İsuzu” markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hacı Zeynalov