Gədəbəy rayonunda qadın qidadan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, hadisə Gədəbəy rayonu ərazisindəki “Qoca dağ” adlanan yaylaqda baş verib.
Məlumata görə, yaylaqda olan Könül Məmmədova qidadan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilir ki, qadın yaylaqda olarkən köhnə yemək yeyib və buna görə də zəhərlənib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hacı Zeynalov