Bakının Səbail rayonunun Zərifə Əliyeva prospekti, 32 ünvanında yerləşən yaşayış binasının blokunda elektrik xətlərində qısaqapanma baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qısaqapanma nəticəsində qısa müddətdə tüstülənmə olub.
FHN-in yanğınsöndürənləri hadisə yerinə gələrək tüstülənmənin qarşısını alıb və yanğna keçməsinə imkan verməyiblər.