28 May 2014 13:18
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münaqişə zəminində qardaşını və onun arvadını qətlə yetirmiş Beyləqan rayon sakini polisə təslim olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 27-də Beyləqan rayonunun Şitilçilik qəsəbəsində qəsəbə sakini Məmməd Bəndəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qardaşı Həsəni və onun arvadı Mədinəni qətlə yetirib.

M.Bəndəliyev könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi təhvil verib.

Faktla əlaqədar istintaq-əməliyyat tədbirləri aparılır.


Müəllif: