28 May 2014 13:35
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda arvadına bıçaqla xəsarət yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 27-də Goranboy şəhərində Nicat Həsənov qayınatasının yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Günay Quliyevaya bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş G.Quliyeva orada ölüb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Həsənov tutulub.


Müəllif: