Oxşar xəbərlər
Sumqayıt şəhəri ərazisində quldurluq edən iki nəfər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 27-də Sumqayıt şəhəri 21-ci mikrorayonun ərazisində şəhər sakinləri Əlövsət Bayramov və Yədulla Seyfullayev həmyerliləri Elşən Quliyevə boğaz nahiyəsindən amburla xəsarət yetirib pul verməsini tələb ediblər.
Lakin Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulublar.