28 May 2014 13:45
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində evlərdən birində "online" sistemi ilə qumarxana təşkil olunması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Cavadxan küçəsi ev 12-də şəhər sakinləri Namiq Abbasovun, Vüsal Məmmədzadənin və Nöfəl Rəfibəylinin həmyerliləri Tural İbrahimovun rəhbərliyi ilə "online" sistemi ilə qumarxana təşkil etmələri müəyyən edilmişdir. Oraya baxış zamanı 2 ədəd monitor, 3 ədəd televizor, qumar kuponlarını çap edən 2 ədəd printer, habelə "online" qumar oyun proqramı yazılmış 3 ədəd kompyuter, 123 ədəd oyun kuponu, uduşa qoyulmuş 766 manat və 100 dollar aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: