4 Avqust 2015 19:33
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altından 1 ədəd bükümdə xalis çəkisi 1,016 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. “Qoşa Təpə” gömrük postunun piyada keçid xəttində quraşdırılmış təhlükəsizlik kameralarının köməyilə həmin narkotik vasitəni sözügedən yerdə masanın altına atan şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Mirelnur Mürsəlovun olduğu müəyyən edilib.

Bundan sonra Mirelnur Mürsəlovun saxlanılması məqsədilə müvafiq əməliyyat tədbirləri həyata keçirilib və həmin şəxs Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısında saxlanılıb.
İlkin araşdırma zamanı Mirelnur Mürsəlov etiraf edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələrkən sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altına 1 ədəd bükümdə olan tiryəki atdığını və həmin tiryəki İrandan əldə edərək gətirdiyini bildirib.

Faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər