Biləsuvar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, avqustun 3-də Biləsuvar rayonunun 6 saylı qəsəbə sakini Aynişan Vəliyeva yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov