Yevlaxda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq da və saxta sənəd hazırlamaqda təqsirli bilinən şəxsin başqa cinayətləri üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Göygöl rayon polis şöbəsi və Yevlax rayon polis şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də narkotik vasitə və saxta pulla tutulmuş Əli Mahmudov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, həmyerliləri əvvəllər məhkum olunmuşlar Bəxtiyar Məmmədov, Arzu Mirzəyev, Daşkəsən rayon sakinləri əvvəllər məhkum olunmuşlar Ramin Rzayev və Seymur Rzayevlə birgə başqa bir cinayət törətmələri məlum olub.
Onların Elmir Cəfərovun “VAZ-2107” markalı avtomobilini quldurluq yolu ilə alması da müəyyən edilib. Adıçəkilən digər şəxslər də həbs edilib.
Hacı Zeynalov