Bakının Sabunçu rayonunda 6 gün əvvəl evində yanan kişi xəstəxanada ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə iyulun 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Nail Sadıqovun yaşadığı evdə yanğın baş verib. Nəticədə evin yanar əşyaları yanıb, Nail Sadıqov isə bədən xəsarətləri və tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
O, avqustun 4-də orada ölüb.
Hacı Zeynalov