5 Avqust 2015 17:15
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunun altı kəndində eyni vaxtda yanğın başlayıb.

Bunu Publika.az-a açıqlamasında Qazax rayon icra başçısının müavini Tahir Musayev bildirib. Onun sözlərinə görə, yanğınlar geniş ərazini əhatə edir və isti hava yanğının daha geniş əraziyə yayılmasına səbəb olur:

“Kəndlərdə isti hava yanğınlara səbəb olub. Yanğınların ərazisi böyükdür. Yaz ayları yağışlı keçdiyindən hər yerdə otlaq sahələri var. Bu da yanğının ərazisini artırır. Digər tərfədən, ermənilər atəş açdıqlarına görə də alovlanma yarana bilər”.

Hazırda baş vermiş yanğınların qarşısının alınması istiqamətində ciddi işlər görüldüyünü deyən T. Musayevin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerlərinə cəlb olunub, o cümlədən bələdiyyələr və yerli əhali yanğının söndürülməsi üçün çalışır.

T. Musayevin sözlərinə görə, hələ yanğını tam söndürmək mümkün olmasa da, stabilləşdirmək mümkün olub.


Müəllif:

Oxşar xəbərlər