5 Avqust 2015 17:30
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri qətlə yetirməkdə, 2 nəfəri də yaralamaq da təqsirli bilinən Gornaboy rayon sakini 21 yaşlı Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl keçən il Xətai rayonunda olan çörəkbişirmə sexinin qarşıısında baş verib. Bakı sakini Elşad Kərimovun qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıblar. Cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayonunda anadan olmuş 21 yaşlı Orxan Abdullayev elə həmin gün isti izlərlə tutularaq məsuliyyətə cəlb edilib.

Orxan Abdullayev ilkin ifadəsində bildirib ki, cinayəti aralarında olan mübahisə zəminində törədib. Belə ki, o, başqa bir iş yoldaşı ilə mübahisə edərkən Elşad Kərimov məsələyə aydınlıq gətirmək istəyib. Onlar bir neçə nəfərlə işlədikləri obyektin qarşısına toplaşıblar. Bu zaman Orxan Abdullayev üstündə gəzdirdiyi bıçaqla Elşad Kərimova qarın nahiyəsindən 1 zərbə endirib. Yaralı müqavimət göstərdikdə isə Orxan Abdullayev ona bədəninin müxtəlif yerindən əlavə 3 bıçaq zərbəsi vurub. Orxan Abdullayev həmçinin onları aralaşdırmaq istəyən iş yoldaşları Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla yüngül xəsarətlər yetirib.

Hakim Mahmud Ağlarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Orxan Abadulayev 19 il müddətə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər