Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümünə səbəb olan sürücü Zabit Mayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zabit Mayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yol nəqliyyat hadisəsi keçən il Buzovna-Maştağa yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Yavər oğlu Nurullayevin idarə etdiyi 10-MC-085 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zabit Sərdar oğlu Mayılovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.
Qəza nəticəsində R. Nurullayev və sərnişini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Əliyev və “Renault” markalı avtomobildə olan sərnişin Telman adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər, Z. Mayılov isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hacı Zeynalov