6 Avqust 2015 16:53
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinən Xaçmaz rayon sakini Etibar Mursəlovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Etibar Mursəlov 4 oktyabr 2014-cü il tarixdə 6,79 qram narkotik vasitə sayılan qurudulmuş marixuana əldə edib. O, həmin narkotik vasitənin 6,73 qramını həmin gün saat 23 radələrində Xaçmaz rayonunun Qaraçı kəndində tanışı Anar Əmirliyə 30 manata satıb, qalan 0,06 qramı isə oktyabrın 7-də Xaçmaz Rayon Polis şöbəsinin inzibati binasında onun üzərinə baxış zamanı aşkar edilib.

Etibar Mursəlov Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Etibar Mursəlov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayətinə hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim heyəti apelyasiya şikayətinin dəlilərini araşdırıb və sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər